Bank Of Baku

Ucarda “Biz narkomanlığa yox deyirik!” mövzusunda elmi-praktik konfrans keçirilib

Ucarda “Biz narkomanlığa yox deyirik!” mövzusunda elmi-praktik konfrans keçirilib
# 09 noyabr 2007 15:35 (UTC +04:00)
Bu gün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası narkomanlığın yayılmasının qarşısının alınması məqsədilə Ucar rayonunda “Biz narkomanlığa yox deyirik!” mövzusunda elmi-praktik konfrans keçirib. Dövlət Komissiyasında APA-ya verilən məlumata görə, konfransın keçirilməsində məqsəd narkomanlığın qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməkdir. Tədbirdə çıxış edən natiqlər gənclərin bu istiqamətdə maarifləndirilməsi, bununla da narkomanlığın qarşının alınması istiqamətində məruzələr ediblər. Tədbirdə eyni zamanda narkomanlığın qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi müzakirə olunub. Tədbirdə narkomaniya probleminə aidiyyəti olan nazirlik, komitə və təşkilatların nümayəndələri iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR