Bank Of Baku

Azərbaycanda 62 min diabet xəstəsi var

Azərbaycanda 62 min diabet xəstəsi var
# 12 noyabr 2007 12:07 (UTC +04:00)
APA-nın məlumatına görə, bu rəqəmləri Azərbaycan Diabet Cəmiyyətinin prezidenti Mömünət Ömərova bu gün 14 noyabr - Ümumdünya Diabet Günü münasibətilə keçirdiyi tədbirdə açıqlayıb. Onun sözlərinə görə, birinci növ diabet uşaqlar və yeniyetmələr arasında ildə 3% və məktəb yaşına çatmamış uşaqlar arasında isə təhlükəli şəkildə ildə 5% artmaqdadır: “Hesab edilir ki, hər il 15 yaşına çatmamış 70 min uşaqda birinci növ diabet xəstəliyi yayılır. Bu isə gündə təxminən 200 uşağın xəstəliyə yoluxması deməkdir”. M. Ömərova qeyd edib ki, rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 62 min diabet xəstəsinin olduğu bildirilsə də, reallıqda bu rəqəmin 5-6 dəfə yüksək olduğu hesab edilir. Cəmiyyət prezidentinin sözlərinə görə, Beynəlxalq Diabet Günü Beynəlxalq Diabet Federasiyası (BDF) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dünyadakı diabetli insanların sayının artması ilə bağlı narahatlıqlara cavab olaraq irəli təsis edilib. Bu il keçirilən Ümumdünya Diabet Günü kampaniyasının mövzusu uşaq və yeniyetmələr arasında yayılan diabetlə bağlıdır. 2006-cı ilin 20 dekabrında Ümumdünya Diabet Günü ilə bağlı BMT-nin 61/225 saylı qətnaməsinin qəbul edilməsi nəticəsində bu ildən hər ilin 14 noyabr tarixi BMT tərəfindən qeyd ediləcək. Ümumdünya Diabet Günü münasibətilə isə noyabrın 13-dən 15-dək Heydər Əliyev Fondunun binası dünyanın digər 110 tanınmış binası ilə yanaşı, mavi rəngdə işıqlandırılacaq. Heydər Əliyev Fondu Beynəlxalq Diabet Federasiyasının diabetə qarşı mübarizəyə aid öhdəliklərini nümayiş etdirmək məqsədi ilə bütün dünyada rəmzi xarakter daşıyan binaların BMT-nin rəsmi rəngi olan mavi rəngdə işıqlandırılması haqqında təşəbbüsünə qoşulmaq qərarını verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR