Bank Of Baku

Dalğa Gənclər Hərəkatının bir qrup üzvü Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirib

Dalğa Gənclər Hərəkatının bir qrup üzvü Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirib
# 14 noyabr 2007 12:49 (UTC +04:00)
Dalğa Gənclər Hərəkatının (DGH) bir qrup üzvü bu gün Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında “Hərəyə bir ağac qoruyaq” devizi ilə aksiya keçirib. APA-nın məlumatına görə, hərəkat üzvləri ağızlarını bağlayaraq İH-nin binası qarşısındakı dekorativ ağacları sulayıblar, sonra boş vedrələri şəhər rəhbərliyinə təqdim etmək üçün qurumun qəbul otağına gediblər. Amma onların təqdlim etdikləri boş vedrələr qəbul olunmayıb və əvəzində əraziyə polis çağrılıb. Qısa müddət ərzində Səbael rayon Polis İdarəsinin əməkdaşları aksiya keçirilən yerə gəliblər. Onlar aksiya iştirakçılarının 10-nu saxlayaraq 9-cu polis bölməsinə aparıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR