Bank Of Baku

Şəkiyə verilən təbii qazın dayandırılması rayonun enerji təchizatında ciddi problemlər yaradıb

Şəkiyə verilən təbii qazın dayandırılması rayonun enerji təchizatında ciddi problemlər yaradıb
# 16 noyabr 2007 10:11 (UTC +04:00)
Şəkiyə verilən təbii qazın dayandırılması rayonun enerji təchizatında ciddi problemlər yaradıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki Paylayıcı Elektrik Şəbəkəsi (PEŞ) idarəsindən məlumat verilib. PEŞ-dən bildirilib ki, havaların soyuduğu bir vaxtda rayon ərazisinə verilən təbii qazın kəsilməsi enerji təchizatında ciddi problemlər yaradıb. Belə ki, son iki gündə rayonda üç elektrik transformatoru sıradan çıxıb. Bundan başqa, elektrik şəbəkəsinin yüklənməsi nəticəsində rayonun bəzi ərazilərinə enerjinin verilişində böyük fasilələr yaranıb. Qeyd edək ki, qaz pulunun tam yığılmaması ucbatından artıq iki gündür ki, Şəkiyə təbii qazın verilməsi dayandırılıb. Rayon rəhbərliyi isə ASC ilə danışıqlar aparıldığını və bir neçə günə rayona təbii qazın verilməsinin bərpa olunacağını bildirir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR