Bank Of Baku

Gəncədə özəlləşdirilən müəssisələrin fəaliyyətlərinin daha səmərəli qurulmasına dair seminar treninq keçirilib

Gəncədə özəlləşdirilən müəssisələrin fəaliyyətlərinin daha səmərəli qurulmasına dair seminar treninq keçirilib
# 19 noyabr 2007 14:21 (UTC +04:00)
Gəncədə yerli sahibkarların iştirakı ilə müəssisələrin özəlləşdirildikdən sonra ortaya çıxan bır sıra çətinliklərin aradan qaldırılması və özəlləşən müəssisələrin fəaliyyətlərinin daha səmərəli qurulmasına dair seminar treninq keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, ASPİ mühəndislik şirkəti tərəfindən keçirilən tədbirdə 20-dən çox müəssisə rəhbərləri və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən təşkilatın icraçı direktoru İbrahim Məmmədzadə tenderdə qalib olduqları layihənin məqsədi barədə danışıb: “Müəssisələr özəlləşdirildikdən sonra orada düzgün iş prinsiplərinin qurulması ilə bağlı problemlər mövcuddur. Hazırda ölkə prezidentinin 23 avqust 2006-cı il tarixli 1635 saylı sərəncamına uyğun olaraq qəbul olunmuş fərmanla bütün ölkədə müəssisələrin özəlləşdirilməsi prosesi gedir. Bu səbəbdən də müəssisə rəhbərlərinin maarifləndirilməsinə və təcrübə əldə etmələrinə ehtiyac var”. Tədbirdə çıxış edən iqtisadçı Nüsrət İbrahimov sahibkarlara menecment, marketinq haqda məlumata verən hazırda sovet dövründə istifadəyə verilən müəssisələrin özəlləşdirildikdən sonra bir sıra çətinliklərlə qarşılaşmasının səbəbini onların əvvəlki satış bazarını itirməsi ilə izah edib: “Sovet dövründə fəaliyyət göstərən həmin müəssisələrin əksəriyyəti öz məhsullarını postsovet ölkələrinə satırdılar. Sözügedən qurum dağıldıqdan sonra mövcud iqtisadi əlaqələr də pozuldu”. Qeyd edək ki, sözügedən layihə dekabrın 26-dək davam edəcək. İndiyədək ASPİ təşkilatı layihə çərçivəsində Quba, Xaçmaz, Şəki, Zaqatala və Lənkəran regionlarında təlimlər təşkil edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR