Bank Of Baku

600 nəfər istedadlı gəncin iştirakı ilə “Yaradıcı Gənclərin I Ümumrespublika Toplantısı” keçiriləcək

600 nəfər istedadlı gəncin iştirakı ilə “Yaradıcı Gənclərin I Ümumrespublika Toplantısı” keçiriləcək
# 19 noyabr 2007 15:03 (UTC +04:00)
2007-ci ilin “Gənclər ili” elan olunması ilə bağlı noyabrın 26-da “Yaradıcı Gənclərin I Ümumrespublika Toplantısı” keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantı 600 nəfər nümayəndə heyətinin iştirakı ilə Dövlət Musiqili Komediya Teatrında olacaq. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri, son 5 il ərzində ölkə daxilində keçirilən yaradıcılıq müsabiqələrinin qalibləri və laureatları nümayəndə heyətində təmsil olunacaqlar. Tədbirdə həmçinin adları “Qızıl kitab”a daxil edilən yeniyetmə və gənclər, yaradıcılıq təşkilatlarının gənc nümayəndələri, gənclərin yaradıcılıq təşkilatlarının üzvləri, “Gənclər mükafatı” laureatları, mədəniyyət və incəsənət sahəsində yüksək nailiyyətlər əldə etmiş, eləcə də fitri istedada malik olan yeniyetmə və gənclər iştirak edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR