Bank Of Baku

Ombudsman Aparatının əməkdaşları 3 saylı internat məktəbində və 3 saylı istintaq təcridxanasında olublar

Ombudsman Aparatının əməkdaşları 3 saylı internat məktəbində və 3 saylı istintaq təcridxanasında olublar
# 19 noyabr 2007 16:24 (UTC +04:00)
Noyabrın 19-da BMT-nin Uşaqlara Qarşı Zorakılıqla Mübarizə Günündə Ombudsman Aparatının və müvəkkil yanında Uşaq Hüquqları Mərkəzinin əməkdaşları əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün 3 saylı internat məktəbində olublar. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, müəssisədəki uşaqların yaşayış şəraiti, sağlamlığı, qidalanması, xəstə uşaqların mövcud problemləri, onlara tibbi xidmətin təşkili öyrənilib. Tədbirdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin və Valideyn-Müəllim Assosiasiyasının nümayəndələri də iştirak ediblər.
Ombudsman Aparatının nümayəndələri Ədliyyə Nazirliyinin Şüvəlandakı 3 saylı istintaq təcridxanasına da baxış keçirərək orada saxlanılan yetkinlik yaşına çatmayan uşaqlarla söhbət aparıblar. Təqsirləndirilən şəxslər bu müəssisədə saxlanıldıqları müddət ərzində onlara qarşı hər hansı zorakılığa yol verilmədiyini bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR