Bank Of Baku

Uşaq Hüquqlarını Müdafiə Liqası uşaq hüquqları mövzusunda ən yaxşı yazının müəllifini mükafatlandırıb

Uşaq Hüquqlarını Müdafiə Liqası uşaq hüquqları mövzusunda ən yaxşı yazının müəllifini mükafatlandırıb
# 20 noyabr 2007 10:15 (UTC +04:00)
Uşaq Hüquqlarını Müdafiə Liqasının (UHML) Azərbaycanda uşaq hüquqları mövzusunun qəzet səhifələrində ən yaxşı işıqlandırılmasına görə təsis etdiyi mükafatın təqdimetmə mərasimi keçirilib. APA-nın məlumatına görə, Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov 12 nəfərdən ibarət komissiyanın qəzetlərdə bu mövzuda dərc olunmuş ən yaxşı məqaləni seçdiyini bildirib. Komissiyanın tərkibində təmsil olunmuş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Ülviyyə Hüseynova uşaq hüquqları ilə bağlı problemlərin mətbuatda işıqlandırılmasının böyük önəm daşıdığını söyləyib. Tədbirin sonunda qalib elan olunub. “Exo” qəzetinin əməkdaşı Ruslan Manaflının yazdığı “Torqovli usınovleniya” adlı yazı ən yaxşı məqalə seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR