Bank Of Baku

Bölgələrdə odun bahalaşır

Bölgələrdə odun bahalaşır
# 20 noyabr 2007 10:44 (UTC +04:00)
Bölgələrdə odunun qiyməti sürətlə artır. APA-nın Qarabağ bürosunun xəbərinə görə, ötən il təxminən 20-25 kötükdən ibarət bir dəstə odun 50-52 manata, bu il 60-70 manata satılır. Bahalaşma xüsusilə cəbhəyanı yaşayış məntəqələrində özünü qabarıq büruzə verir. Çünki cəbhə kəndlərinin əksəriyyətinə mavi yanacağın verilməsi hələ də bəzi səbəblərdən mümkün deyil. Üstəlik, odun satan ticarətçilər bu tip yaşayış məntəqələrinə üz tutmaqda o qədər də maraqlı deyillər. Bu, həm kəndlərin təmas xəttinə yaxın olması, həm də ucqarlarda yerləşməsi ilə bağlıdır. Qış ehtiyatlarını görməkdə davam edən sakinlər məcburiyyət qarşısında qalıb həyət-bacalarındakı meyvə ağaclarını doğrayırlar. Mütəxəssislər hesab edirlər ki, gələn il ərazisinin yarısı işğal olunmuş rayonlarda və Aran-Qarabağ bölgəsində kəskin meyvə qıtlığı müşahidə olunacaq. Eyni zamanda ağacların qırılması təbiətdə balansın pozulmasına da xidmət göstərir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR