Bank Of Baku

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 20 noyabr - Beynəlxalq Uşaq Günü münasibəti ilə tədbir keçirib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 20 noyabr - Beynəlxalq Uşaq Günü münasibəti ilə tədbir keçirib
# 20 noyabr 2007 12:17 (UTC +04:00)
Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 20 noyabr - Beynəlxalq Uşaq Günü münasibəti ilə tədbir keçirib. APA-nın məlumatına görə, komitə sədrinin müavini Sədaqət Qəhrəmanova bildirib ki, uşaqların problemləri ilə əlaqədar dövlət tərəfindən müvafiq işlər görülür. Komitənin şöbə müdiri Ceyran Rəhmətullayeva 1998-ci ildə bu barədə qanunun qəbul edildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanda rəsmi statistikaya əsasən 22 min sahibsiz uşaq ailəsindən kənar tərbiyə alır. O, həmin uşaqların bəzilərinin valideynlərinin olduğunu da söyləyib: “Əsas səbəblərdən biri valideynlərdə məsuliyyətin az olması və yoxsulluqdur. Qeyri-rəsmi məlumata əsasən, ölkədə 57 min sahibsiz uşaq var. Onların bəziləri yaxın qohumlarının himayəsində saxlanılır”. Şöbə müdiri sahibsiz uşaqların reabilitasiyası məqsədilə ölkədə 16 müəssisənin fəaliyyət göstərdiyini də deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR