Bank Of Baku

Azərbaycan Milli Sahibkarlar Konfederasiyası Xaçmazda QİÇS-lə bağlı tədbir keçirib

Azərbaycan Milli Sahibkarlar Konfederasiyası Xaçmazda QİÇS-lə bağlı tədbir keçirib
# 20 noyabr 2007 12:21 (UTC +04:00)
Noyabrın 20-də Azərbaycan Milli Sahibkarlar Konfederasiyası Xaçmaz şəhərindəki “Edem” kafesində “İşə götürülənlərin QİÇS-lə bağlı maarifləndirilməsində sahibkarların fəaliyyətinin gücləndirilməsi” mövzusunda seminar-müşavirə keçirib. Xaçmaz Rayon İcra Hakimiyyətindən APA-nın şimal bürosuna verilən məlumata görə, tədbirdə Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının prezidenti Ələkbər Məmmədov, rayon rəsmiləri, büdcə təşkilatların təmsilçiləri və yerli sahibkarlar iştirak ediblər. Tədbirdə bildirilib ki, Azərbaycanın şimal bölgəsi Rusiya Federasiyası ilə həmsərhəd olduğuna, gediş-gəlişi müntəzəm xarakter daşıdığına görə iş adamları daha diqqətli olmalıdır. Onlar işə götürülənlərin həkim müayinəsindən keçməsini tələb etməli, problemə ciddi yanaşmalıdırlar. Bu sahədə həkimlər də sahibkarlara yaxından kömək etməlidirlər. Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının prezidenti Ələkbər Məmmədov və digər çıxış edənlər QİÇS-lə mübarizə sahəsində sahibkarlar qarşısında duran konkret vəzifələrlə əlaqədar yığıncaq iştirakçılarını ətraflı məlumatlandırıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR