Qubada beynəlxalq toxuculuq simpoziumu keçiriləcək

Qubada beynəlxalq toxuculuq simpoziumu keçiriləcək
# 20 noyabr 2007 13:05 (UTC +04:00)
2008-ci ildə Qubada beynəlxalq toxuculuq simpoziumu keçiriləcək. Azərbaycan Rəssamlar İttifaqının katibi Ənvər Qarayev APA-ya deyib ki, simpoziumda Orta Asiya ölkələri, Rusiya, Türkiyə, İran və digər ölkələrin nümayəndələri iştirak edəcək. Hazırda bu layihənin həyata keçirilməsi ilə bağlı danışıqlar aparıldığını deyən ittifaq katibi simpoziumun avqustda təşkil olunacağını vurğulayıb. Layihə Qubada hazırda tikintisi gedən qalereyada baş tutacaq. Qonaqlar bir ay əvvəl ölkəmizə gələcək və bu müddət ərzində toxuculuqla məşğul olacaqlar. Toxuculuq nümunələri isə Qubadakı qalereyaya təqdim olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR