Bank Of Baku

Zaqatala rayonuna təbii qazın verilməsi dayandırılıb

Zaqatala rayonuna təbii qazın verilməsi dayandırılıb
# 20 noyabr 2007 14:38 (UTC +04:00)
Zaqatala rayonuna təbii qazın verilməsi dayandırılıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün səhər saatlarından rayon ərazisinə mavi yanacağın nəqli dayandırılıb. Əhaliyə heç bir xəbərdarlıq edilmədən təbii qazın kəsilməsi yerli sakinlərin ciddi narazılığına səbəb olub. Zaqatala rayon Qaz İstismarı İdarəsindən isə APA-nın bölgə bürosuna bildirilib ki, rayon ərazisinə təbii qazın verilməsinin dayandırılması magistral qaz kəmərlərində aparılan təmir-bərpa işləri ilə bağlıdır və axşam saatlarında mavi yanacağın nəqli bərpa ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR