Bank Of Baku

Cənub rayonlarında mavi və maye qaz qıtlığı yaranıb

Cənub rayonlarında mavi və maye qaz qıtlığı yaranıb
# 20 noyabr 2007 15:23 (UTC +04:00)
Cənub rayonlarında mavi və maye qaz qıtlığı yaranıb. Bu barədə APA-ya Salyanda fəaliyyət göstərən “Demokratiyaya Yardım” İctimai Birliyinin sədri Emil Məmmədov məlumat verib. Onun sözlərinə görə, artıq iki həftəyə yaxındır Salyan, Neftçala, Biləsuvar və Cəlilabadda mavi qaz yoxdur. Onun sözlərinə görə, bölgə əhalisinin əksəriyyəti sıxılmış mavi qazdan istifadə edirdi ki, son iki həftə ərzində satış məntəqələrinin heç birində qaz olmadığından, sakinlər problemlə üzləşiblər. Maye qaz qıtlığının yaranması isə bölgədə bütün sahələrə təsir edib. Onun sözlərinə görə, əvvəllər avtomobillərin çoxu qazla işlədiyindən çörək bir qədər ucuz satılırdı. Amma çörəkdaşıyan maşınların benzinlə işlədilməyə məcbur olduqları üçün bu çörəyin qiymətinə də təsir edib. E. Məmmədovun sözlərinə görə, bir neçə gündür ki, qaz doldurma məntəqələri boş qalıb: “Məsələnin səbəbi ilə maraqlanmışıq, bildiriblər ki, Neftayırma Zavodunun sexlərindən biri təmirə dayanıb və buna görə də qaz qıtlığı yaranıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR