Bank Of Baku

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistanda əsirlikdə olan Məsim Binnətovla bağlı məlumat yayıb

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistanda əsirlikdə olan Məsim Binnətovla bağlı məlumat yayıb
# 21 noyabr 2007 11:36 (UTC +04:00)
APA-nın xəbərinə görə, Dövlət Komissiyasının bununla bağlı yaydığı məlumatda bildirilib ki, əksər hallarda tələsik verilən və heç bir əsası olmayan məlumatlar əsir və ya girov götürülmüş şəxsin azad olunması ilə bağlı Komissiya tərəfindən aparılan işə mənfi təsir edir: “Eləcə də saxlanılan şəxsin mənəvi-psixoloji təzyiqlərə məruz qalmasına səbəb olur. Hesab edirik ki, yaxın qohumları əsir-girovluqda saxlanılan şəxslərin televiziya ekranlarına çıxarılaraq onlardan tanış olmadıqları problem barədə müsahibələr alınması və mənşəyi məlum olmayan şayiələrin dövriyyəyə buraxılması azadolunma prosesini ləngidən amillərdəndir. Çünki yaxın adamı əsir-girovluqda olan şəxslərin mənəvi-psixoloji sarsıntı içərisində olduğu məlumdur və onlar vəziyyətə real prizmadan deyil, baş vermiş hadisənin emosional təsiri ilə yanaşırlar”. Dövlət Komissiyası kütləvi informasiya vasitələrini əsir, itkin və girovlar kimi həssas məsələlərlə bağlı məlumat yayarkən obyektiv olmağa və sensasiya axtarmamağa çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR