Bank Of Baku

Lənkəranda regional iqtisadi inkişaf üzrə seminar keçirilib

Lənkəranda regional iqtisadi inkişaf üzrə seminar keçirilib
# 21 noyabr 2007 13:53 (UTC +04:00)
Noyabrın 21-də Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı ofisi Azərbaycan İqtisadi İnkişaf Nazirliyi (İİN) ilə birgə Lənkəran şəhərində “Lənkəran iqtisadi zonasında kənd təsərrüfatı sektoru inkişafının qarşısında duran problemlər” mövzusunda regional seminar keçirib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran və Cəlilabad rayonlarının icra strukturlarının nümayəndələri, bələdiyyə sədrləri və fermerlərin qatıldığı tədbiri giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının aqrar məsələlər üzrə müavini Tofiq Rzayev aşıb. İİN-in nümayəndəsi Sahib Məmmədov, ATƏT-in Bakı ofisinin iqtisadi və ekoloji şöbəsinin müdiri Turbyom Byurvath, Cəlilabad Rayon İcra Hakimiyyəti aparatının aqrar məsələlər üzrə mütəxəssisi Əlövsət Həsənov, Azərbaycan Dövlət Dəmiryol Yolunun (ADDY) əməkdaşı Əli Məmmədov, Azərbaycan Beynəlxalq Avtomobil Daşınmaları Assosiasiyasının (ABADA) prezidenti Tofiq Nurullayev, Astara gömrükxanasının şöbə rəisi Aydın Babayev və digərləri çıxış edərək, Lənkəran iqtisadi zonasında kənd təsərrüfatı sektorunun inkişafı məsələlərindən, qarşıda duran vəzifələrdən və həlli vacib problemlərdən danışıblar. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR