Bank Of Baku

Hesablama Palatasının sədri Heydər Əsədov: “Xaqani, 33 ünvanındakı bina təmir edilir, sökülmə barədə məlumatlar həqiqətə uyğun deyil”

Hesablama Palatasının sədri Heydər Əsədov: “Xaqani, 33 ünvanındakı bina təmir edilir, sökülmə barədə məlumatlar həqiqətə uyğun deyil”
# 21 noyabr 2007 14:51 (UTC +04:00)
“Xaqani, 33 ünvanındakı bina Hesablama Palatasının balansındadır və binanın sökülməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”. Bunu APA-ya açıqlamasında Hesablama Palatasının sədri Heydər Əsədov “Azadlıq” qəzetinin keçmiş redaksiyasının sökülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib. O, binada əsaslı təmir işlərinin aparıldığını bildirib: “Təmir işləri Hesablama Palatası tərəfindən həyata keçirilir. Təmir zamanı binanın arxitektor hissəsinə toxunulmayacaq. Amma mütəxəssislər binanın arxa divarının etibarsız olduğunu bildiriblər. Ona görə də həmin divar sökülür və yenidən tikiləcək. Binada yalnız təmir işləri gedir. Bunu sensasiyaya çevirmək lazım deyil. Bina bizə hökumətin qərarı ilə verilib, biz də müvafiq qaydada təmir işləri aparırıq. Burada hər hansı göydələn tikilməsindən söhbət gedə bilməz”. H. Əsədov onu da qeyd edib ki, çürümə olduğundan binanın damı da dəyişdirilir. O, təmir işlərinin gələn ilin sonuna kimi davam edəcəyini və palatanın həmin binaya köçəcəyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR