Bank Of Baku

Xaçmaz şəhərində QHT-lərin geniş dəyirmi masası keçirilib

Xaçmaz şəhərində QHT-lərin geniş dəyirmi masası keçirilib
# 21 noyabr 2007 15:54 (UTC +04:00)
Xaçmaz şəhərində QHT-lərin geniş dəyirmi masası keçirilib. Quba-Xaçmaz bölgəsi üzrə İnsan Hüquqları Resurs Mərkəzində keçirilən tədbirə ictimaiyyət nümayəndələri ilə yanaşı, bəzi siyasi partiyaların təmsilçiləri də qatılıblar. APA-nın şimal bürosunun qurumun informasiya departamentindən aldığı məlumata görə, yığıncaqda Korrupsiyaya Qarşı Mübarizə Fondunun rayonda planlaşdırdığı tədbirə hazırlıq, fermerlərə və əhalinin kasıb təbəqəsinə ayrılan dövlət yardımlarının verilməsi sahəsindəki vəziyyət və digər məsələlər müzakirə olunub. Çıxış edən QHT və siyasi partiyaların təmsilçiləri fermerlərə ayrılan yardımların paylanması sahəsində ciddi noqsanlara yol verildiyini bildiriblər. Onların dediyinə görə, bəzi yaşayış məntəqələrində pul kartları vətəndaşlara inzibati-ərazi vahidliklərinin nümayəndələri tərəfindən təqdim olunması ciddi narazılıqlar yaradıb. Bundan əlavə, taxıl əkilən sahələr haqqında verilən məlumatlarda da saxtakarlıqlara yol verilib. Dəyirmi masa iştirakçıları fermerlərə və əhalinin yoxsul təbəqəsinə yardımlar ayrılması və paylanması sahəsindəki vəziyyətlə əlaqədar aidiyyəti dövlət qurumlarına, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin azadlığa buraxılması və eləcə də hazırda həbsdə olan digər jurnalistlərin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində əfv edilməsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət etmək barədə qərar qəbul ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR