Bank Of Baku

Ucar rayonunda işıq problemi yaranıb

Ucar rayonunda işıq problemi yaranıb
# 21 noyabr 2007 16:08 (UTC +04:00)
Ucar rayonunda işıq problemi yaranıb. APA-nın Aran bürosunun xəbərinə görə, son günlər həm rayon mərkəzində, həm də kəndlərdə günün 7-9 saatı əhaliyə elektrik enerjinin verilməsi dayandırılır. Bir neçə gün əvvəl isə “Kürdəmir MMC” Şəbəkəsinin və Ucar rayon Elektrik Şəbəkəsinin əməkdaşları 3 fazalı elektrik sayğacı olan onlarla vətəndaşı 88-200 manat məbləğində cərimələyib. Halbuki bir müddət öncə bu barədə onlara qanuni icazə verilibmiş. Ucar rayon Eerji Satışı İdarəsinin rəisi, Elektrik Şəbəkəsinin müdir əvəzi Adil Əliyev APA-nın Aran bürosuna bu barədə açıqlama vermək səlahiyyətinin olmadığını deyərək, daha yuxarı instansiyalara müraciət etməyi məsləhət görüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR