Bank Of Baku

Qeyri-hökumət təşkilatlarının məsələləri üzrə qurumun və QHT-lərə Yardım Fondunun yaradılması ilə bağlı son müzakirələr keçirilib

Qeyri-hökumət təşkilatlarının məsələləri üzrə qurumun və QHT-lərə Yardım Fondunun yaradılması ilə bağlı son müzakirələr keçirilib
# 22 noyabr 2007 09:11 (UTC +04:00)
Bu gün Milli QHT Forumu qeyri-hökumət təşkilatlarının məsələləri üzrə qurumun və QHT-lərə Yardım Fondunun yaradılması ilə bağlı son müzakirələr keçirib. APA-nın məlumatına görə, tədbirdə iştirak edən Milli QHT Forumunun prezidenti, millət vəkili Azay Quliyev deyib ki, artıq Prezidentin İcra Aparatı ilə Prezident yanında komitənin yox, QHT Şurasının yaradılması məsələsində ümumi bir mövqeyə gəlinib: “Bu, çox böyük bir ehtimalla, ictimai əsaslarla fəaliyyət göstərəcək qurum olacaq”. A. Quliyevin sözlərinə görə, yardım fondunun yaradılması məsələsində yekdil qərara gəlinməyib: “Bildiyiniz kimi, bir təklif ondan ibarətdir ki, həmin fond QHT Şurasının nəzdində olsun. Digər təklifə görə, bu qurum müstəqil fəaliyyət göstərməlidir”. A. Quliyev müxtəlif təkliflərə baxmayaraq, QHT Şurasının sədrini prezidentin təyin etməsinin tərəfdarı olduğunu açıqlayıb: “Prezident yanında yaradılacaq qurumun müstəqilliyinə şübhə oluna bilməz”. O, təkliflərin ümumiləşdirilərək noyabrın 27-nə qədər prezidentə təqdim olunacağını istisna etməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR