Bank Of Baku

Tahir Əmiraslanov: “Azərbaycan toylarında özbaşınalığa son qoyulması üçün əlimizdən gələni edəcəyik”

Tahir Əmiraslanov: “Azərbaycan toylarında özbaşınalığa son qoyulması üçün əlimizdən gələni edəcəyik”
# 22 noyabr 2007 11:33 (UTC +04:00)
“Azərbaycan toylarında bayağılığa son qoyulmalıdır. Məclisə gətirilən plovu müşayiət edən xüsusi musiqi və rəqs olmalıdır. Biz Azərbaycan toylarında özbaşınalığa son qoyulması üçün əlimizdən gələni edəcəyik”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov deyib. Toylar haqqında qanunun hazırlanmasının vacibliyini vurğulayan mərkəz rəhbəri hazırda bununla müvafiq orqanların məşğul olduğunu bildirib: “Bu gün restoranlarda heç bir tibbi yoxlanışdan keçməyən aşpazlar, ofisiantlar işləyir. Bu da əksər toylarda insanların zəhərlənməsi ilə nəticələnir. Bütün bunlar Azərbaycan xalqının təhlükə qarşısında olduğunu göstərir. Hər bir restorana işə götürülən aşpaz, eyni zamanda ofisiant öz işinin bütün incəliklərini bilməlidir”. T. Əmiraslanov hazırda Milli Kulinariya Ensiklopediyası üzərində çalışdıqlarını da açıqlayıb. Bununla yanaşı, Azərbaycan Milli Kulinariya Mərkəzində müxtəlif bölgələrin mətbəxindən bəhs olunan kitab hazırlanır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR