Bank Of Baku

BMT-nin baş katibi Beynəlxalq qadınlara qarşı zorakılığın aradan qaldırılması günü münasibəti ilə müraciət edib

BMT-nin baş katibi Beynəlxalq qadınlara qarşı zorakılığın aradan qaldırılması günü münasibəti ilə müraciət edib
# 22 noyabr 2007 11:51 (UTC +04:00)
BMT-nin baş katibi Pan Ki Mun 25 noyabr Beynəlxalq qadınlara qarşı zorakılığın aradan qaldırılması günü münasibəti ilə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilib ki, qadınlara qarşı zorakılıq dünyada ən dəhşətli, mütəmadi və geniş yayılmış insan hüquqları pozuntusu hallarından biri olaraq qalmaqdadır: “Bir çox ölkələr keçmişdə bu nifrətə layiq hüquq pozuntularının cəzasız qalmasına şərait yaradan müvafiq qanunların, siyasi proqramların, həmçinin təcrübə və münasibətlərin dəyişdirilməsində əhəmiyyətli dərəcədə nailiyyətlər əldə ediblər. Lakin hələ də bəzən onu bürüyən dözümlülük örtüyündən xilas olunmaq üçüm çox işlər görülməlidir”.
Müraciətdə qeyd olunub ki, BMT qadınlara qarşı zorakılıq hallarının miqyası, əhatə dairəsi və təsirinin qiymətləndirilməsinə, bu hallara daha effektiv şəkildə cavab tədbirlərinə dair təkliflər üzərində işləyir: “Qərara almışam ki, 2015-ci ilədək qadınlara qarşı zorakılığın aradan qaldırılması ilə əlaqədar bütün sistemi əhatə edəcək kampaniyanın həyata keçirilməsinə rəhbərlik edim. Kampaniya üç əsas sahəni əhatə edəcək: qlobal ictimai vəkillik, BMT-nin rəhbərliyi bir nümunə kimi, milli və regional səviyyələrdə hökumətlərin, vətəndaş cəmiyyətinin, özəl sektorun və digər qurumların fəaliyyətini dəstəkləyəcək tərəfdaşlığın möhkəmləndirilməsi”. Müraciət “qadınlara qarşı zorakılıq hər zaman insan hüququ pozuntusudur. O həmişə bir cinayət olaraq qəbuledilməzdir, gəlin bu məsələni hər gün tam ciddiliyi ilə qəbul edək” sözləri ilə yekunlaşıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR