Bank Of Baku

Qaxda yaşayan gürcülər bu gün Müqəddəs Georgi bayramını qeyd edirlər

Qaxda yaşayan gürcülər bu gün Müqəddəs Georgi bayramını qeyd edirlər
# 23 noyabr 2007 10:26 (UTC +04:00)
Qaxda yaşayan gürcülər Müqəddəs Georgi bayramını qeyd edirlər. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, səhər saatlarından başlayaraq gürcülər alban kilsəsi kimi tanınan “Kürmük” məbədini ziyarət etməyə başlayıblar. Məbədi ziyarətə gedənlər arasında gürcülərlə bərabər azərbaycanlılar və digər millətlərin də nümayəndələri var. Müqəddəs Georgi bayramı münasibəti ilə “Kürmük” məbədini ziyarət etməyə qonşu Gürcüstandan da çoxlu sayda qonaqlar gəlib. Qax rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna bildirilib ki, hər il olduğu kimi, bu il də “Kürmük” məbədinin qapıları bütün xalqların üzünə açılıb. Məbədi ziyarətə gələnlər barədə geniş məlumat verilməsə də, rayon icra hakimiyyətindən bildirilib ki, bayramla əlaqədar qonşu Gürcüstandan və Rusiyadan rayona çoxlu sayda qonaqlar gəlib. Bayramla əlaqədar həmçinin Qax rayon Polis Şöbəsinin əməkdaşları da gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR