Bank Of Baku

“Qadınlara qarşı zorakılığa yox deyək” layihəsinin yekun konfransı keçirilib

“Qadınlara qarşı zorakılığa yox deyək” layihəsinin yekun konfransı keçirilib
# 23 noyabr 2007 10:32 (UTC +04:00)
Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Əhali Fondu ilə birlikdə “Qadınlara qarşı zorakılığa yox deyək” layihəsinin yekun konfransını keçirib. APA-nın xəbərinə görə, tədbirdə giriş sözü ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova layihə çərçivəsində Bakı şəhərindəki 51, 169, 180 saylı məktəblərdə, habelə Daşkəsən, Xanlar, Salyan, Biləsuvar və Neftçala rayonlarında mühazirələr təşkil olunduğunu bildirib. Qadınlara qarşı zorakılıq faktlarının dəfələrlə müxtəlif səviyyəli konfranslarda müzakirə olunduğunu deyən çıxışçı bu sahədə görülməli hələ çox iş olduğunu vurğulayıb. BMT-nin Əhali Fondunun nümayəndəsi Nigina Abbaszadə isə müxtəlif təbəqələr arasında aparılan maarifləndirmə söhbətlərinin əhəmiyyətindən söz açaraq, qadınlara qarşı zorakılığın azalmasında hələ də lazımi tərəqqinin əldə olunmadığını bildirib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, millət vəkilləri Gülər Əhmədova, Asim Mollazadə və başqaları çıxış edərək, bu mövzunun ağrılı məsələ olduğunu, qadınlara qarşı zorakılıq faktlarının azalması istiqamətində məktəblərdə, KİV-də, müəssisələrdə və bölgələrdə maarifləndirmə işlərinin həyata keçirilməsinə ehtiyac olduğunu qeyd ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR