Bank Of Baku

“Yaradıcı Gənclərin İ Ümumrespublika Toplantısı” keçiriləcək

“Yaradıcı Gənclərin İ Ümumrespublika Toplantısı” keçiriləcək
# 23 noyabr 2007 15:11 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə noyabrın 26-da respublikamızda ilk dəfə olaraq “Yaradıcı Gənclərin İ Ümumrespublika Toplantısı” keçiriləcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə son 10 ildə istedadlı, yaradıcı gənclərin perspektivləri, nailiyyətləri, problemləri müzakirə olunacaq. Tədbirin sonunda yekun qətnaməsinin qəbulu gözlənilir. 600 nəfər nümayəndə heyətinin qatıldığı tədbir Dövlət Musiqili Komediya Teatrında olacaq. Toplantıda Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri, son 5 il ərzində ölkə daxilində və xaricdə keçirilən yaradıcılıq müsabiqələrinin, festivalların, olimpiadaların, sərgilərin və digər tədbirlərin qalibləri, laureatları, adları “Qızıl Kitab”a daxil edilmiş yeniyetmə və gənclər, yaradıcılıq təşkilatlarının gənc nümayəndələri, gənclərin yaradıcılıq təşkilatlarının üzvləri, “Gənclər mükafatı” laureatları, mədəniyyət və incəsənət sahəsində yüksək nailiyyətlər əldə etmiş istedadlı gənclər, titri istedada malik olan yeniyetmə və gənclər iştirak edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR