Bank Of Baku

Dağıstan prezidenti Rusiya-Azərbaycan sərhədindəki Yaraqqazmalar sərhəd-keçid məntəqəsinə baş çəkib

Dağıstan prezidenti Rusiya-Azərbaycan sərhədindəki Yaraqqazmalar sərhəd-keçid məntəqəsinə baş çəkib
# 24 noyabr 2007 10:57 (UTC +04:00)
Rusiya Federasiyasının Dağıstan Respublikasının prezidenti Muxu Əliyev Azərbaycanla həmsərhəd olan Məhərrəmkənd rayonuna səfəri çərçivəsində rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatı ilə yaxından tanış olub. APA-nın Dağıstan bürosunun məlumatına görə, M. Əliyev Məhərrəmkənddə sərhəd rayonları icra hakimiyyəti orqanlarının rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirib. Rusiya Dövlət Dumasına qarşıdan gələn seçkilərin Dağıstanın ictimai-siyasi həyatında mühüm rol oynayacağını vurğulayan prezident bir neçə gün əvvəl "Yabloko" Partiyası yerli təşkilatının sədri Fərid Babayevin sui-qəsdə məruz qaldığını xatırladaraq bu terror aksiyasını törədənlərin öz məqsədlərinə nail ola bilməyəcəyini bəyan edib. M. Əliyev Rusiya-Azərbaycan sərhədindəki Yaraqqazmalar sərhəd-keçid məntəqəsində də olub. O, məntəqənin fəaliyyətindən narazı olduğunu və burada ciddi qayda-qanun yaradılmasının vacibliyini söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR