Bank Of Baku

Bankomatların azlığı Lənkəranda əhalinin pensiya və müavinətlər alması işini çətinləşdirib

Bankomatların azlığı Lənkəranda əhalinin pensiya və müavinətlər alması işini çətinləşdirib
# 26 noyabr 2007 08:35 (UTC +04:00)
Lənkəranda bankomatların sayının az olması son zamanlar əhalinin pensiya və müavinətlər almasında ciddi çətinliklər yaradıb. Bu barədə APA-nın cənub bürosuna məlumat verən yerli sakinlərin sözlərinə görə, ötən həftənin cümə günündən etibarən rayonda pensiyaların verilməsi prosesinə başlansa da, əhalinin əksər hissəsi hələ də pensiyasını ala bilməyib. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Lənkəran şöbəsinin müdiri Ramiz Əzimov APA-nın cənub bürosuna bildirib ki, rayonda 28093 nəfər pensiyaçı var ki, bunun da 16576 nəfəri plastik kart sisteminə keçirilib: ”İlin sonunadək bütün pensiyaçıları plastik kartla təmin etməyi qarşımıza məqsəd qoymuşuq. Amma bankomatların sayının az olması əhalinin narazılığına səbəb olub”. R. Əzimovun sözlərinə görə, hər gün onun yanına onlarla pensiyaçı gəlib pensiya pulunu almaqda çətinlik çəkdiyini bildirir: “Onlardan bəzisi hətta plastik kartını üstümə ataraq çıxıb gedir”.
APA-nın cənub bürosunun araşdırmalarından məlum olub ki, Lənkəranda pensiya pullarının ödənilməsi ilə “Kapitalbank”ın rayon filialı məşğul olur. Filial isə şəhərin ayrı-ayrı ərazilərində cəmi 4 bankomat quraşdırıb ki, bu da vəziyyətin gərgin olmasının əsas səbəbidir. Əlil, şikəst adamların yağmurlu hava şəraitində saatlarla bankomatların qarşısında növbə gözləməsi təəssüf hissi doğurur. Həm də acınacaqlı cəhət orasındadır ki, pensiyaçıların əksəriyyəti rayonun ucqar yaşayış məntəqələrindən şəhərə gəlməyə məhkum olunub. Kapitalbank”ın Lənkəran filialının müdiri Nəbi Baxşıyev APA-nın cənub bürosuna bildirib ki, yanvar ayından şəhərdə daha bir bankomatın quraşdırılması nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR