Bank Of Baku

İranın “İmam Xomeyni İmdad Komitəsi”nin sədri Bakıya gəlir

İranın “İmam Xomeyni İmdad Komitəsi”nin sədri Bakıya gəlir
# 26 noyabr 2007 11:21 (UTC +04:00)
İran İslam Respublikasının “İmam Xomeyni İmdad Komitəsi” Beynəlxalq Humanitar Təşkilatının sədri Hüseyn Ənvarinin başçılıq etdiyi nümayəndə heyəti bu gün Azərbaycana gəlir. Qurumun Azərbaycan nümayəndəliyinin rəhbəri Bəhram Kazımzadənin APA-ya verdiyi məlumata görə, səfərin məqsədi Azərbaycandakı qaçqın, məcburi köçkün və digər aztəminatlı təbəqələrin humanitar yardıma olan ehtiyaclarının öyrənilməsi, bu sahədə əməkdaşlığın davam etdirilməsi və komitənin xətti ilə həyata keçirilən layihələrlə yerində tanış olmaqdır. Noyabrın 29-na kimi davam edəcək səfər çərçivəsində Hüseyn Ənvari baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və səhiyyə naziri Oqtay Şirəliyevlə görüşəcək. O, İmdad Komitəsinin Bakıda inşa etdiyi tibbi mərkəzin açılış mərasiminə, təşkilatın Azərbaycandakı fəaliyyətinin 14 illiyinə həsr olunmuş konfransa qatılacaq, Pirşağı qəsəbəsindəki “Gilavar” sanatoriyasında və Ramana qəsəbəsində salınmış yeni qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşəcək. Hüseyn Ənvarinin prezident İlham Əliyev tərəfindən qəbul ediləcəyi də gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR