Bank Of Baku

Rəy sorğusunda iştirak edənlərin 75,2 faizi bələdiyyələrin fəaliyyətinin nədən ibarət olduğunu bilmədiyini söyləyib

Rəy sorğusunda iştirak edənlərin 75,2 faizi bələdiyyələrin fəaliyyətinin nədən ibarət olduğunu bilmədiyini söyləyib
# 26 noyabr 2007 12:16 (UTC +04:00)
Demokratik Seçkilərə Dəstək Mərkəzi “Bələdiyyələrin fəaliyyətinin monitorinqi və məhəllə komitələrinin yaradılmasına hüquqi yardım” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, mərkəzin sədri Çingiz Dadaşov Biləcəri, Binəqədi, Buzovna, Xətai Xırdalan, Fatmayı, Goradil, Nəsimi, Nizami, Sumqayıt, Yasamal və Zabrat bələdiyyələrinin ərazisində üç min respondent arasında sorğu keçirildiyini bildirib. Respondentlərin 45,38 faizi kişi, 54,62 faizi qadın olub. Rəyi öyrənilənlərin 75,2 faizi bələdiyyələrin fəaliyyətinin nədən ibarət olduğunu bilmədiyini söyləyib. “Bələdiyyələr hansı orqana tabedir?” sualına cavab verən respondentlərin 45,6 faizi bu qurumun yerli icra hakimiyyəti olduğunu, 30,9 faizi isə ümumiyyətlə, bu barədə heç nə bilmədiyini qeyd edib. “Bələdiyyə üzvlərinin fəaliyyətindən razısınızmı?” sualına respondentlərin 60,54 faizi “bəli”, 39,46 faizi isə “xeyr” cavabı verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR