Bank Of Baku

Əlillərin IV ümumrespublika bədii-yaradıcılıq baxış-müsabiqəsinin II turu başlayıb

Əlillərin IV ümumrespublika bədii-yaradıcılıq baxış-müsabiqəsinin II turu başlayıb
# 26 noyabr 2007 12:30 (UTC +04:00)
Bu gün əlillərin IV ümumrespublika bədii-yaradıcılıq baxış-müsabiqəsinin II turu başlayıb. APA-nın məlumatına görə, noyabrın 28-dək davam edəcək müsabiqədə əlillər mahnı, rəqs, instrumental ifaçılıq, folklor yaradıcılıq, poeziya və bədii qiraət sahəsindəki istedadlarını nümayiş etdirəcəklər. Baxış-müsabiqəyə hazırlıq məqsədilə respublikanın 9 bölgəsində və Bakı şəhərində I tur zona müsabiqələri keçirilib. Zona müsabiqələrində 503 nəfər istedadlı əlil iştirak edib, onlardan 121 nəfəri II turda iştirak hüququ qazanıb. Müsabiqənin yekun turunda qalibləri Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət xadimlərindən ibarət münsiflər heyəti müəyyənləşdirəcək. Müsabiqənin qaliblərin pul və diplomla mükafatlandırılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR