Bank Of Baku

“İnternat məktəbini bitirməkdə olan qızlar üçün yardım” adlı layihə həyata keçirilir

“İnternat məktəbini bitirməkdə olan qızlar üçün yardım” adlı layihə həyata keçirilir
# 26 noyabr 2007 14:39 (UTC +04:00)
Sülh Mədəniyyəti Naminə Gənclər İctimai Birliyi Norveçin Azərbaycandakı səfirliyi və “Avrasiya” Fondunun maliyyə dəstəyi ilə “İnternat məktəbini bitirməkdə olan qızlar üçün yardım” adlı layihə həyata keçirir. Təşkilatın sədri Ləman Cavadzadə APA-ya bildirib ki, layihənin keçirilməsində məqsəd internat məktəblərini bitirən qızların problemlərinin həllinə yardım göstərməkdir. Təlimlər zamanı uşaqların əsasən soyuqdan, qidalanmadan şikayətləndikləri məlum olub, eyni zamanda məktəbi bitirən qızların sonradan yaşamaq üçün ev problemi ilə üzləşdiyi məlum olub. L. Cavadzadə qeyd edib ki, layihə çərçivəsində internat məktəblərinə təşkilat tərəfindən uşaqlara təlim keçə bilən ekspertlər və məşqçilər aparılır, QİCS və narkomaniyanın qarşısının alınması haqda məktəblilərə məlumatlar verilir. L. Cavadzadə həmçinin, təşkilat tərəfindən maarifləndirmə məqsədilə 3 adda kitab nəşr olunduğunu vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR