Bank Of Baku

Bölgələrdə maye qaz qıtlığı yaranıb

Bölgələrdə maye qaz qıtlığı yaranıb
# 27 noyabr 2007 07:26 (UTC +04:00)
Bölgələrdə maye qaz qıtlığı yaranıb. İki həftəyə yaxındır Bərdə, Tərtər, Ağdam, Ağcabədi və Beyləqanda bu növ yanacaq satışı ilə məşğul olan məntəqələrin fəaliyyəti dayanıb. Ehtiyat maye qazı olan yanacaqdoldurma məntəqələrində isə qiymət süni şəkildə artırılıb. Artıq maye qazın bir litri 40 qəpiyə satılır. Yanacaqdoldurma məntəqələrindən APA-nın Qarabağ bürosuna bildirilib ki, qıtlığın yaranmasına səbəb mərkəzi bazalardan qazın satışa buraxılmamasıdır. Buna əsas kimi Qaz Emalı Zavodunun təmirə dayandırılması göstərilir. APA-nın Qarabağ bürosunun məlumatına görə, sözügedən rayonlardan yalnız Bərdə və Tərtər rayonlarına mavi yanacaq verilir. Digər rayonlarda isə əhali məişətdə istilik mənbəyi kimi maye qazdan istifadə edir. Bu yanacaq növündən istifadə edən nəqliyyat vasitələri demək olar ki, tamam dayanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR