Bank Of Baku

Naxçıvanda Körpələr Evi üçün yeni bina istifadəyə verilib

Naxçıvanda Körpələr Evi üçün yeni bina istifadəyə verilib
# 27 noyabr 2007 11:18 (UTC +04:00)
Naxçıvan şəhərində Körpələr Evi üçün yeni bina istifadəyə verilib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, yeni bina Körpələr Evinin hazırkı fəaliyyət göstərdiyi binanın istismar vaxtının ötməsi və əlverişli iş şəraiti olmaması səbəbindən inşa olunub. Binanın layihəsi Naxçıvan MR Şəhərsalma və Arxitektura Komitəsinin layihə-smeta bürosu tərəfindən hazırlanılıb. Tikinti təbirləri isə Naxçıvan şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi tərəfindən həyata keçirilib. Müasir layihə əsasında inşa olunan Körpələr Evi 3 korpus və 2 mərtəbədən ibarətdir. 16 çarpayılıq binada ayrı-ayrılıqda yataq, oyun, geyinmə, mətbəx, yeməkxana, həmçinin həkim, tibb bacısı üçün otaqlar və iclas zalı yerləşir.
Qeyd edək ki, bu, Naxçıvan MR-də fəaliyyət göstərən yeganə Körpələr Evidir. Naxçıvan MR-də Körpələr Evi 1938-ji ildə yaradılıb. Son 25 ildə burada 100-dən artıq uşaq qeydiyyata alınıb, 26 uşaq isə övladlığa verilib. Son 2 ildə atılmış uşaq qeydə alınmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR