Bank Of Baku

Şəkidə “Kənd təsərrüfatında uşaq əməyinin ləğv edilməsi” mövzusunda seminar keçirilib

Şəkidə “Kənd təsərrüfatında uşaq əməyinin ləğv edilməsi” mövzusunda seminar keçirilib
# 27 noyabr 2007 15:22 (UTC +04:00)
Bu gün Şəkidə Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə “Kənd təsərrüfatında uşaq əməyinin ləğv edilməsi” mövzusunda seminar keçirilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, seminarda ASK prezidenti Ələkbər Məmmədov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli bələdiyyələr və sahibkarlar iştirak edib. Tədbirdə çıxış edənlər bu gün kənd təsərrüfatı sahələrində uşaq əməyi və baş vermə səbəbləri, eləcə də onun cəmiyyətdə törətdiyi fəsadlardan danışıblar. Yetkinlik yaşına çatmayan uşaqların əməyə cəlb olunmasının əsas səbəbi kimi əhalinin yaşayış səviyyəsinin aşağı olması göstərilib. Bundan başqa, seminarda çıxış edənlər sahibkarlar tərəfindən uşaqlara az əmək haqqı verməklə çox iş tələb etmək kimi halların da baş verməsi faktını gizlətməyiblər. Daha sonra tədbir iştirakçıları uşaq əməyinin ləğvi istiqamətində birgə mübarizə yollarını müzakirə ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR