Bank Of Baku

Əlillərin IV Ümumrespublika bədii-yaradıcılıq baxış müsabiqəsi yekun turunun nəticələri açıqlanıb

Əlillərin IV Ümumrespublika bədii-yaradıcılıq baxış müsabiqəsi yekun turunun nəticələri açıqlanıb
# 28 noyabr 2007 13:20 (UTC +04:00)
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə keçirilən Əlillərin IV Ümumrespublika bədii-yaradıcılıq baxış müsabiqəsi yekun turunun nəticələri açıqlanıb. APA-nın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, yekun turda çıxış etmək hüququ qazanan əlillərdən 32-si qadın, 23-ü uşaq, 5-i Qarabağ müharibəsi, 92-si isə digər səbəblərdən əlil olan şəxslərdir. O, müsabiqənin qaliblərinə müvafiq mükafatların təqdim ediləcəyini deyib: “Birinci mükafata 8 yer, ikinci mükafata 11 yer, üçüncü mükafata 12 yer ayrılıb. 16 yaşınadək olan 23 uşağın hər birinə isə xüsusi pul mükafatların verilməsi nəzərdə tutulub”. Sonra müsabiqə müxtəlif nominasiyalar üzrə davam etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR