Bank Of Baku

“Dalğa” Gənclər Hərəkatı Bakının ekoloji vəziyyəti ilə bağlı aksiya keçirməyə cəhd edib

“Dalğa” Gənclər Hərəkatı Bakının ekoloji vəziyyəti ilə bağlı aksiya keçirməyə cəhd edib
# 28 noyabr 2007 14:21 (UTC +04:00)
Bu gün “Dalğa” Gənclər Hərəkatı Milli Parkda Bakının ekoloji vəziyyəti ilə bağlı velosipedsürmə aksiyası keçirməyə cəhd edib. APA-nın məlumatına görə, aksiya iştirakçıları Bakı küçələrində velosiped yollarının və dayanacaqlarının yaradılması tələbi ilə çıxış etmək istəyiblər. Ancaq Səbayel rayon Polis İdarəsinin əməkdaşları buna imkan verməyib. Abdulla Şaiq adına Kukla Teatrının qarşısına toplaşan hərəkat üzvlərindən 6 nəfəri 9-cu polis bölməsinə aparılıb. Aksiyanın digər iştirakçıları isə velosipedlə ərazidən uzaqlaşdıqlarına görə polis onları saxlaya bilməyib.
Qeyd edək ki, aksiyada “Avtomobilini evdə qoy”, “Daha sağlam səyahət”, “Daha az benzin, daha sağlam həyat” şüarlarının səsləndirilməsi planlaşdırılırdı. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR