Bank Of Baku

“İmam Xomeyni İmdad Komitəsi”nin Azərbaycan nümayəndəliyinin 14 illik fəaliyyəti ilə bağlı konfrans keçirilib

“İmam Xomeyni İmdad Komitəsi”nin Azərbaycan nümayəndəliyinin 14 illik fəaliyyəti ilə bağlı konfrans keçirilib
# 28 noyabr 2007 15:21 (UTC +04:00)
Bu gün Bakıda İranın “İmam Xomeyni İmdad Komitəsi”nin Azərbaycan nümayəndəliyinin 14 illik fəaliyyətinin araşdırılması və gələcək planları mövzusunda konfrans keçirilib. APA-nın xəbərinə görə, komitənin sədri Hüseyn Ənvarinin də qatıldığı konfransda qurumun Azərbaycandakı fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, komitə ehtiyacı olan insanlara təmənnasız yardımlar göstərir və bir sıra humanitar layihələr həyata keçirir. Komitənin Azərbaycanın regionlarında 19 nümayəndəliyi var və ümumilikdə 449 yaşayış məntəqəsində fəaliyyət göstərir. Təşkilat Azərbaycanda fəaliyyət göstərdiyi 14 il ərzində 27 843 nəfər üzvü olan 9 mindən artıq ailəni öz himayəsinə götürüb. Müxtəlif dövrlərdə 30 min nəfər humanitar təşkilatın xidmətlərindən istifadə edib. Maddi yardımlardan əlavə, 1500 tondan artıq ərzaq paylanıb. Bu müddətdə 45 892 nəfər daimi və ya müvəqqəti olaraq komitənin tibbi xidmətlərindən istifadə edib, 9 720 nəfər komitənin himayəsi altında təhsil alıb, 2 100 nəfərin müqəddəs yerlərə ziyarətləri təşkil olunub. Eyni zamanda kənd təsərrüfatı və müxtəlif sahələr üzrə 600-dən artıq kredit verilib. Hüseyn Ənvari rəhbərlik etdiyi qurumun Azərbaycanda fəaliyyətini davam etdirəcəyini, Bakıda keçirdiyi görüşlərdən razı qaldığını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR