Bank Of Baku

Şəkidə Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin yeni inzibati binası açılıb

Şəkidə Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin yeni inzibati binası açılıb
# 29 noyabr 2007 15:28 (UTC +04:00)
Şəkidə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün yeni inzibati binanın açılış mərasimi keçirilib. Açılış mərasiminə rayon ictimaiyyəti ilə birlikdə DSMF sədri Səlim Müslümov və Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının ölkəmizdəki rezident-koordinatoru Bruno Pueza da qatılıb. Mərasimdə çıxış edən B.Pueza qeyd edib ki, 2004-cü ildən bu günədək inkişaf proqramı çərçivəsində DSMF-nin inkişafına 1,6 milyon manat vəsait ayrılıb. O, ayrılmış vəsaitin əsasən DSMF-nin informasiya və kommunikasiya sistemlərinin yüksəlməsinə sərf edildiyini vurğulayıb. DSMF-nun sədri S. Müslümov isə son 4 ildə respublikada 61 belə binanın tikilərək istifadəyə verildiyini diqqətə çatdırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR