Bank Of Baku

BMT-nin baş katibi Ümumdünya AİDS Günü münasibətilə dünya ölkələrinə müraciət edib

BMT-nin baş katibi Ümumdünya AİDS Günü münasibətilə dünya ölkələrinə müraciət edib
# 29 noyabr 2007 15:49 (UTC +04:00)
BMT-nin baş katibi Pan Gi Mun 1 dekabr - Ümumdünya AİDS Günü münasibətilə dünya ölkələrinə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə bildirilir ki, AİDS cəmiyyətin müqavimət gücünü azaldır, həyat fəaliyyətini aşağı salır: “Bu hal baş verməyə də bilər. Bizim gənc insanların bu virusa yoluxmasının qarşısını almaq üçün vasitələrimiz mövcuddur. Xəstəliyə düçar olmuş insanları müalicə etmək üçün də vasitələr var. HİV virusu ilə əlaqədar yaranmış stiqmanı aradan qaldırmaq üçün yeni bir rəhbərliyin formalaşdırılmasına çağırıram. Mən HİV virusu daşıyıcıları olduqlarını açıq şəkildə bəyan edən, həmçinin yorulmadan bu virusa yoluxanların hüquqlarının müdafiəsi naminə çalışan və AİDS barədə digərlərinin də məlumatlandırılması ilə məşğul olan cəsarətli insanları alqışlayıram”. Müraciətdə daha sonra qeyd edilir ki, 2010-cu ilədək HİV virusuna yoluxmanın qarşısının alınması, müalicəsi, qayğı və dəstəyin təmin edilməsi istiqamətində qlobal imkanların miqyası genişləndirilməlidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR