Bank Of Baku

Moskvada qətlə yetirilən azərbaycanlı iş adamı bu gün doğulduğu Salyan rayonunda dəfn edilib

Moskvada qətlə yetirilən azərbaycanlı iş adamı bu gün doğulduğu Salyan rayonunda dəfn edilib
# 30 noyabr 2007 10:54 (UTC +04:00)
Bir neçə gün əvvəl Rusiyanın paytaxtı Moskvada qətlə yetirilən azərbaycanlı iş adamı Mübariz Babayev bu gün doğulduğu Salyan rayonunda dəfn edilib. “Demokratiyaya Yardım” İctimai Birliyinin sədri Emin Məmmədovun APA-ya verdiyi məlumata görə, 1968-ci il təvəllüdlü M. Babayevin meyiti bu gün səhər rayona gətirilib. 39 yaşlı iş adamının dəfnində rayon ictimaiyyəti iştirak edib.
Qeyd edək ki, M. Babayev noyabrın 27-də səhər saatlarında yaşadığı binanın qarşısında naməlum şəxslər tərəfindən ov tüfəngi ilə qətlə yetirilib. Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR