Bank Of Baku

Lənkəranda jurnalistlər və QHT-lər üçün “master klass” keçirilib

Lənkəranda jurnalistlər və QHT-lər üçün “master klass” keçirilib
# 30 noyabr 2007 11:34 (UTC +04:00)
Humanitar Tədqiqatlar Cəmiyyəti Almaniyanın Henrix Böll Fondunun Cənubi Qafqaz ofisinin maliyyə dəstəyi ilə 28-30 noyabr tarixlərində Lənkəran şəhərində jurnalistlər və insan haqlarını müdafiə təşkilatlarının nümayəndələri üçün “master-klass” keçirib. Humanitar Tədqiqatlar Cəmiyyətindən APA-ya verilən məlumata görə, insan hüquqları, münaqişələr və gender problemləri mövzusunda keçirilən “master klass”a müxtəlif rayonlardan 25 iştirakçı qatılıb. Qurumun direktoru Əvəz Həsənov bildirib ki, münaqişələrin həlli prosesində iştirak edən mütəxəssislər, tanınmış jurnalistlər tədbir iştirakçılarını Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin gedişi və vətəndaş cəmiyyətinin prosesdə iştirakı barədə məlumatlandırıb. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin işıqlandırılması və münaqişə bölgəsindən reportajların hazırlanması zamanı jurnalistlərin peşəkar bacarıqlarının artırılması, münaqişə nəticəsində itirdiklərimiz və qazandıqlarımızla bağlı məşğələlər keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR