Bank Of Baku

“Gənclik sağlam həyat tərzi seçir” mövzusunda elmi-praktik konfrans keçirilib

“Gənclik sağlam həyat tərzi seçir” mövzusunda elmi-praktik konfrans keçirilib
# 30 noyabr 2007 12:50 (UTC +04:00)
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası narkomanlığın yayılmasının qarşısının alınması məqsədilə Binəqədi Rayon İcra Hakimiyyətində “Gənclik sağlam həyat tərzi seçir” mövzusunda elmi-praktik konfrans keçirib. Dövlət Komissiyasında APA-ya verilən məlumata görə, konfransın keçirilməsində məqsəd gənclərin maarifləndirilməsi və bu yolla narkomanlığın qarşının alınmasında qabaqlayıcı profilaktik tədbirlər görməkdir. Konfransda gənclərin maarifləndirilməsi, bu yolla narkomanlığın qarşının alınması istiqamətində çıxışlar edilib, profilaktik tədbirlərin görülməsi müzakirə edilib. Komissiya həmçinin noyabrın 26-dan 30-dək Xarici Dillər və Bakı Biznes universitetlərində, Bədən Tərbiyəsi Akademiyasında, C. Naxçıvanski adına Hərbi Liseydə “Narkomanıq ağ ölümdür”, “Gənclər narkomaniyaya yox deyir” mövzularında elmi-praktik konfranslar keçirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR