Bank Of Baku

30 noyabr - Beynəlxalq informasiya təhlükəsizliyi günüdür

30 noyabr - Beynəlxalq informasiya təhlükəsizliyi günüdür
# 30 noyabr 2007 13:53 (UTC +04:00)
30 noyabr - Beynəlxalq informasiya təhlükəsizliyi günüdür. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) APA-ya bildirildiyinə görə, 1988-ci ildə kompüter avadanlığı üzrə Amerika Assosiasiyası 30 noyabrı beynəlxalq informasiya təhlükəsizliyi günü elan edib. Məhz həmin ilin noyabrında meydana gələn ilk kompüter virusu nəhəng itkilərə səbəb olub. Yaradıcısının adı ilə Morris “soxulcanı” adlandırılan bu virusun vurduğu ziyan təxminən 100 milyon dollar həcmində qiymətləndirilib. Bu virus göstərib ki, informasiya təhlükəsizliyi həqiqətən də çox ciddi məsələdir və Assosiasiya bu üsulla dünya ictimaiyyətinə kompüter sistemləri və şəbəkələrində informasiyasının etibarlı mühafizəsi zərurətini xatırlatmaq, istifadəçilərinin diqqətini təhlükəsizlik problemlərinə yönəltməyə çalışıb. Artıq dünyanın 50-dən artıq ölkəsi bu təşəbbüsə qoşulub. İnformasiya təhlükəsizliyi günü çoxdan istifadə olunan parolların yeniləşdirilməsi, sistemdə virusların mövcudluğunun yoxlanması, verilənlərin arxivləşdirilməsi, lazımsız informasiyanın silinməsi, vacib informasiyaların mühafizə səviyyəsinin auditi, kompleks təhlükəsizliyin və digər bu kimi tədbirlərin həyata keçirilməsi, müvafiq qurumların və mütəxəssislərin məsuliyyətinin xatırlanmasını həyata keçirən bir monitorinq günüdür. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR