Bank Of Baku

BMT-nin bas katibi Beynəlxalq Əlillər Günü ilə əlaqədar müraciət yayıb

BMT-nin bas katibi Beynəlxalq Əlillər Günü ilə əlaqədar müraciət yayıb
# 03 dekabr 2007 08:05 (UTC +04:00)
BMT-nin bas katibi Pan Gi Mun 3 dekabr - Beynəlxalq Əlillər Günü ilə əlaqədar dünya ölkələrinə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə qeyd edilir ki, bu il 3 dekabr əlil insanların münasib işlə təmin olunmasına həsr edilir. Müraciətdə daha sonra bildirilir ki, cəmiyyətdə əlillər uyğun iş əldə etmək imkanlarından məhrumdurlar: “Hesablamalar göstərir ki, inkişaf etmiş ölkələrdə bütün əlilliyi olan şəxslərin ən azı yarısı, inkişaf etməkdə olan ölkələrdə isə onların böyük bir hissəsi işsizdir. Digər əksəriyyət isə natamam iş saatı ilə təmin olunur və ya heç vaxt əmək bazarına tam daxil ola bilmirlər. Əlillər öz potensiallarını həyata keçirməkdə çoxsaylı maneələrlə üzləşirlər. Əksər ölkələrdə əlilləri iş yerlərində müdafiə edən qanunvericilik mövcud deyil. Gələn il qüvvəyə minməsi gözlənilən Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiya əlilliyi olan şəxslərin işləmək və digərləri ilə eyni əsasda işlə təmin edilmək hüququnu tanıyır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR