Bank Of Baku

Daha bir QHT dövlət qeydiyyatına alınıb

Daha bir QHT dövlət qeydiyyatına alınıb
# 04 dekabr 2007 09:09 (UTC +04:00)
“Demokratiyaya Yardım” İctimai Birliyi Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Birliyin sədri Emil Məmmədovun APA-ya verdiyi məlumata görə, nazirliyin kollegiya iclasında bu barədə qərar qəbul olunub və qeydiyyatla bağlı şəhadətnamə artıq onlara təqdim edilib. İctimai Birliyin bu ilin mart ayında təsis edildiyini bildirən E. Məmmədov bu müddətdə qeydiyyat prosesinin başa çatmasının gözlənilməz olduğunu vurğulayıb. İctimai Birliyin Salyan rayonunda fəaliyyət göstərdiyini qeyd edən E. Məmmədovun sözlərinə görə, bölgədə fəaliyyət göstərən digər QHT-lərin mərkəzi ofisləri paytaxtda olduğundan onlar bu vaxta qədər regionda əhəmiyyətli iş görə bilmirdilər: “Bizim ictimai birliyin mərkəzi ofisi isə Salyanda yerləşir. Buna görə də digər QHT-lərlə müqayisədə daha əhəmiyyətli işlər görəcəyimizi düşünürük”. E. Məmmədov qurumun əsas məqsədinin hüquqi dövlət və vətəndaş cəmiyyətini inkişafına dəstək, insan haqlarının qorunması, demokratik təsisatlar və dəyərlərin inkişafı istiqamətində fəaliyyət göstərmək olduğunu qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR