Bank Of Baku

Əli Bayramlının bir hissəsi işıqsız qalıb

Əli Bayramlının bir hissəsi işıqsız qalıb
# 05 dekabr 2007 08:06 (UTC +04:00)
Əli Bayramlıda yüksək gərginlikli transformatorun sıradan çıxması nəticəsində şəhərin bir hissəsi işıqsız qalıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna şəhər Elektrik Şəbəkəsindən məlumat verilib. Belə ki, dekabrın 3-də şəhərin şimal hissəsində 110/10 KV-luq 25 meqavatlıq transformatorda yağış yağması nəticəsində qısaqapanma baş verib. Nəticədə transformatorda qəza baş verib və şəhərin 20 faizdən çox hissəsinə iki gün elektrik enerjisinin fasilələrlə verilib. Dekabrın 4-də qəza yerində “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev olub. Transformator qismən bərpa olunsa da, onun tam bərpa olunması üçün işlər davam etdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR