Bank Of Baku

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Lənkəranda səyyar kollegiya iclası keçirib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Lənkəranda səyyar kollegiya iclası keçirib
# 05 dekabr 2007 08:06 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Lənkəranda səyyar kollegiya iclası keçirib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının təhsil, səhiyyə və mədəniyyət işçilərinin qatıldığı tədbirdə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli fərmanından irəli gələn vəzifələr, ailədaxili münasibətlərdə milli-mənəvi dəyərlər və bu münasibətlərin gələcək nəslin formalaşmasında əhəmiyyəti, uşaq hüquqları və uşaq problemləri sahəsində beynəlxalq sənədlərin tələbləri, ölkəmizdə qəbul edilən qanunların və dövlət proqramlarının icra vəziyyəti müzakirə obyektinə çevrilib. Komitə sədri Hicran Hüseynova çıxışında onlara müraciət edənlərin əksəriyyətinin cənub bölgəsindən olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, ünvanlanan məktublarda vətəndaşlar daha çox ailə zorakılığı, azyaşlı qız uşaqlarının təhsildən yayınması, eləcə də onların erkən ailə qurması barədə şikayət edirlər. Bölgədən ali məktəblərə daxil olan qızların sayının oğlanlarınkından xeyli aşağı olması acınacaqlı faktdır. Bu məsələ ilə bağlı rayonlarda aparılan monitorinqlər zamanı məlum olub ki, yuxarı siniflərdə oxuyan qızların adları məktəbdə qeydə alınsa da, özləri dərslərdə iştirak etmirlər.
Komitənin sədr müavini Aynur Sofiyeva isə erkən nikahdan söhbət açaraq, belə nikahlardan dünyaya gələn uşaqların əksəriyyətinin xəstə doğulduğunu vurğulayıb. O bildirib ki, erkən qurulan ailədə ərlə arvadın birgə yaşayışı da çox qısa olur və boşanma ilə nəticələnir. Ailə arasında əmlak mübahisəsi, zorakılıq halları yaranır. A. Sofiyevanın fikrincə, son vaxtlar ölkədə 900-dən 1500-dək bu cür faktlar qeydə alınıb. Səyyar kollegiya iclasında müzakirə olunan məsələlərdə qaldırılan problemlərin həlli yolları üçün bir sıra təkliflər irəli sürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR