Bank Of Baku

Ötən ay Azərbaycanın dövlət sərhədini keçən 39 sərhəd pozucusu saxlanılıb

Ötən ay Azərbaycanın dövlət sərhədini keçən 39 sərhəd pozucusu saxlanılıb
# 05 dekabr 2007 10:18 (UTC +04:00)
Tutulan sərhəd pozucularının 26-sı Azərbaycan, 7-si Gürcüstan, 2-si Əfqanıstan, 2-si Türkiyə, 1-i İran və 1-i Nigeriya vətəndaşıdır. Onların 26 nəfəri dövlət sərhədinin sərhəd zonalarının xidməti sahəsindən, 13 nəfəri isə sərhəd keçid məntəqələrindən keçərkən və ya keçməyə cəhd göstərərkən saxlanılıb. Bu müddətdə 35 nəfər (26 Azərbaycan, 7 Gürcüstan, 1 İran, 1 Əfqanıstan vətəndaşı) sərhəd rejim qaydalarını pozduğu üçün, 11 nəfər (5 Azərbaycan, 3 Qazaxıstan, 2 Qırğızıstan və 1 nəfər vətəndaşlığı olmayan şəxs) müvafiq sənədləri olmadığı üçün, 74 nəfər (12 Türkiyə 12 Nigeriya, 11 İran, 6 Belçika, 6 Özbəkistan, 3 Fransa, 3 Hindistan, 2 Azərbaycan, 2 İndoneziya, 2 Misir, 2 Pakistan, hər ölkədən bir nəfər olmaqla ABŞ, Əlcəzair, Filippin, Hollandiya, Xorvatiya, İraq, Koreya, Livan, Mərakeş, Suriya, Tailand, Çin vətəndaşı və 1 nəfər vətəndaşlığı olmayan şəxs) vizası olmadığı üçün, 29 nəfər (9 Türkiyə, 6 İran, 6 Böyük Britaniya, 2 İraq, 1 Çin, 1 Gürcüstan, 1 İtaliya, 1 Kanada, 1 Litva və 1 nəfər vətəndaşlığı olmayan şəxs) vizasının müddəti qurtardığı üçün saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Cinayət törətdiyinə görə axtarışda olan 58 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib. Ötən ay 3 halda 5,9018 kiloqram narkotik maddənin sərhəddən keçirməsinin qarşısı alınıb. 30 halda ümumi dəyəri təxminən 274 min 716,4 manat olan qaçaqmal saxlanılıb. 5850 ABŞ valyutası, 6 milyon rus rublu, 1 ədəd tapança, 5 ədəd tapança patronu, 10120 qutu siqaret, 1 ədəd plastik qayıq, 9440 litr dizel yanacağı və 4672 dini kitab, xeyli miqdarda dərman preparatı, müxtəlif spirtli işçilər, ərzaq, sənaye və kənd təsərrüfatı malları götürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR