Bank Of Baku

Ötən ay Azərbaycanın 645 367 kv/m ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib

Ötən ay Azərbaycanın 645 367 kv/m ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib
# 05 dekabr 2007 12:19 (UTC +04:00)
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu ilin noyabr ayı ərzində 645 367 kvadrat metr (kv/m) ərazini yoxlayıb və mina və partlamamış hərbi sursatdan (PHS) təmizləyib. ANAMA-dan APA-ya verilən məlumata görə, ötən ay 3 700 PHS və 2 tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 330 nəfər, 5 mexaniki minatəmizləmə maşını və 300 minaaxtaran it iştirak edib. İndiyədək Azərbaycanın cəmi 59 342 734 kv/m ərazisi təmizlənib, 287 539 mina və PHS aşkar edilərək zərərsizləşdirilib. Noyabr ayında isə 2 mina /PHS hadisəsi qeydə alınıb. 2001-ci ilin sentyabrından indiyədək 93 hadisədə 57 nəfər həlak olub, 128 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Hazırda agentlik Tərtər, Ağdam, Füzuli, Goranboy, Xocavənd və Ağstafa rayonlarında təmizləmə əməliyyatları aparır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR