Bank Of Baku

Bu il 28 QHT Milli Qeyri-Hökumət Təşkilatları Forumuna üzv qəbul olunub

Bu il 28 QHT Milli Qeyri-Hökumət Təşkilatları Forumuna üzv qəbul olunub
# 05 dekabr 2007 12:46 (UTC +04:00)
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) 2007-ci il üçün fəaliyyət hesabatı açıqlanıb. MQF-dan APA-ya bildirilib ki, bu il “Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası haqqında” sərəncam imzalanıb. Bu, ölkə QHT-nin inkişafında yeni mərhələnin əsasını qoyan əhəmiyyətli və tarixi bir sərəncamdır. Sərəncamdan irəli gələn məsələlərin həllinə kömək məqsədilə ölkənin əksər şəhər və rayon QHT nümayəndələrinin iştirakı ilə 7 geniş miqyaslı tədbir keçirilib. Bu il MQF “MQF Xəbər” qəzetini təsis edib. 2007-ci ili avqust ayından etibarən isə “MQF Xəbər” qəzetinin www.mqfxeber.az internet səhifəsi fəaliyyətə başlayıb. 2008-ci ilin dövlət büdcəsində QHT üçün 1,5 milyon manat nəzərdə tutulub. Bu il 28 QHT MQF-yə üzv qəbul olunub ki, onlardan 22-si Bakı, 6-sı isə region təşkilatıdır. Hazırda MQF-nin 445 üzvü var. 2007-ci ilin birinci yarısında ölkə üzrə 230 QHT dövlət qeydiyyatına alınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR